"Qadına qarşı zorakılıq nədir?" kitabı
Your browser doesn’t support HTML5
Qadına qarşı zorakılıq nədir? Qadın Üçün təşəbbüs qrupunun üzvləri bir müddət əvvəl təqdimatını keçirdikləri kitabda bu sualı daha aydın və detallı cavablandırıblar.
Layihənin komanda üzvlərindən biri Afaq Adilin sözlərində görə, cəmiyyətdə bir çox qadınlar yalnız fiziki şiddətə məruz qaldıqda bunu zorakılıq hesab edirlər. O qeyd edib ki, bu kitabın yazılmasının əsas məqsədlərindən biri isə zorakığın bütün növlərini detallı şəkildə insanlara çatdırmaq və qadınlarda bu mövzuda fərqindəlik yaradmaqdır.