Ukrayna səfirliyi qarşısında dəstək mitinqi keçirilib
Your browser doesn’t support HTML5
Fevralın 27-də yüzlərlə Azərbaycan vətəndaşı, ictimai-siyasi fəallar, ictimaiyyətin nümayəndələri Ukraynanın Azərbaycandakı Səfirliyinin binası qarşısında Ukrayna xalqına dəstək məqsədi ilə mitinq keçirib.
İctimai fəallar tərəfindən təşkil edilən mitinqdə “Ukrayna!”, “Müharibəyə yox!”, “Putin rədd ol!”, “Ukraynaya eşq olsun!”, “Ukrayna xalqı Azərbaycan xalqı sizinlədir!”, “Putin çıx get!”, “Putinsiz Rusiya!”, “Bu Rusiya xalqının müharibəsi deyil, Putinin müharibəsidir!”, “Azərbaycan oyaqdır, Ukraynaya dayaqdır!” və s bu kimi şüarlar səsləndirilib.