Rusiya qüvvələrinin Çernobılı hədəf alması radioaktiv maddələrin sızması barədə narahatlıqlara yol açıb

KYİV, UKRAYNA — Rusiya Ukraynaya hücum etdikdən bəri yaşanılan ən narahatlıq doğurucu olaylardan biri də Çernobıl nüvə stansiyası yaxınlığında cərəyan edən döyüşlərdir. Belə ki, bu məkan 36 il öncə nüvə stansiyası fəlakətinin baş verdiyi və indiyədək də radioaktiv maddələrin atmosferə sızdığı bir məkandır.

Rusiya qüvvələri istifadədən çıxarılmış zavodu onu qoruyan Ukrayna əsgərləri ilə şiddətli döyüşlərdən sonra nəzarətə götürüb. Bu barədə Ukrayana prezidentinin müşaviri Mixailo Podolyak Associated Press agentliyinə məlumat verib.

Stansiyadakı obyektlərin, o cümlədən radioaktiv maddələrdən qoruyucu kameranın, nüvə tullantılarının saxlandığı anbarın durumu naməlumdur.

Hazırkı vəziyyətlə tanış olan rəsminin dediyinə görə Rusiyanın açdığı artilleriya atəşi Çernobəldakı radioaktiv tullanının saxlandığı anbarı vurub. Nəticədə ərazidə radioaktiv səviyyənin artdığı bildirilir. Belə bir artımın olduğunu müstəqil mənbələr təsdiq edə bilməyiblər.

Çernobıl Qadağan Zonası – 2,600 kvadrat kilometrlik meşəlik ərazi Belarus-Ukrayna sərhədi ilə Ukrayna paytaxtı arasında yerləşir.

Ukrayna Prezidenti Volodımir Zelenski deyib ki, Ukrayna qüvvələri “1986-cı ildə baş vermis fəlakətin təkrarlanmaması” uğrunda döyüşüblər. O, Rusiyanın bu addımını “bütün Avropaya müharibə elan etmək” adlandırıb.

Podolyak "tamamilə məntiqsiz" hücumdan sonra Çenrobıl nüvə stansiyasının təhlükəsiz olub-olmadığını deməyin qeyri-mümkün olduğunu bildirib.

Ukrayna Daxili İşlər Nazirliynin müşaviri Anton Heraşenko xəbərdarlıq edib ki, tullantı anbarına hər hansı bir hücum radioaktiv tozu Ukrayna, Belarus və Avropa İttifaqı ərazisinə yaya bilər.

Rusiya rəsmiləri Ukraynadakı hərbi əməliyyatlar və onların məqsədləri barədə az məlumat verirlər. Onlar konkret bu döyüşü şərh etməyiblər.

Beynəlxalq Atom Enerjisi Agentliyi Ukrayndakı vəziyyəti "dərin narahatlıqla” izlədiyini bildirib və tərəfləri Ukraynanın nüvə obyektlərini riskə qoyacaq hər hansı bir addımdan maksimum çəkinməyə çağırıb.