"Əvəz Hafizlinin qətli nifrət cinayətidir"

Your browser doesn’t support HTML5

Reportyor Əvəz Hafizli fevralın 22-də günorta saat 16 radələrində bıçaqla qətlə yetirilib. Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. Hafizli fevralın 23-də Qobustan rayonunda dəfn edilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 24 yaşlı Əvəz Hafizlinin qətlinə görə həmyaşıdı olan əmisi oğlu Əmrulla Güləliyev saxlanılıb. Məlumata görə, hadisə zamanı Əmrulla Güləliyev sərxoş vəziyyətdə olub. O, ifadəsində bildirib ki, hadisə əmisi oğlu ilə aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib. Lakin reportyorun dostları və ictimai fəallar onun qətlini siyasi adlandırıblar, həmçinin qətli Əvəz Hafizlinin oriyentasiyası ilə bağlı olan nifrət cinayəti hesab edirlər.

Reportyor Əvəz Hafizli fevralın 22-də günorta saat 16 radələrində bıçaqla qətlə yetirilib. Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.
Hafizli fevralın 23-də Qobustan rayonunda dəfn edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 24 yaşlı Əvəz Hafizlinin qətlinə görə həmyaşıdı olan əmisi oğlu Əmrulla Güləliyev saxlanılıb. Məlumata görə, hadisə zamanı Əmrulla Güləliyev sərxoş vəziyyətdə olub. O, ifadəsində bildirib ki, hadisə əmisi oğlu ilə aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib.

Lakin reportyorun dostları və ictimai fəallar onun qətlini siyasi adlandırıblar, həmçinin qətli Əvəz Hafizlinin oriyentasiyası ilə bağlı olan nifrət cinayəti hesab edirlər.