Azərbaycanın xarici borcu azalıb

Ötən ilin əvvəlində Azərbaycanın ümumilikdə xarici dövlət borcu 8 milyard 821.5 milyon ABŞ dolları (14 milyard 996.5 milyon manat) olmuşdu.

Bu il yanvarın 1-də müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanan kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 7 milyard 393 milyon ABŞ dollarına bərabər olub.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bu, 2021-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 13,5 faizini təşkil edir.

Vurğulanır ki, dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 mln. dollardır:

“Ümumilikdə xarici dövlət borcu 8 milyard 135,7 mln. dollar (13 milyard 830,7 mln. manat) və ya ÜDM-in 14,9 faizini təşkil edib”.

Nazirlik bildirir ki, ötən il ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri nəzərə alınmaqla, 2021-ci ilin əvvəli ilə müqayisədə həmin ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 mln. dollar azalıb.

Ötən ilin əvvəlində Azərbaycanın ümumilikdə xarici dövlət borcu 8 milyard 821.5 milyon ABŞ dolları (14 milyard 996.5 milyon manat) olmuşdu.