Köpək balığının hücumundan sonra Sidneyin çimərlikləri bağlanıb

Sidney rəsmiləri 1963-cü ildən bəri ərazidə ilk ölümcül köpək balığı hücumundan sonra cümə axşamı bir neçə çimərliyi bağlayıb.

Çərşənbə günü hücum edən köpək balığını izləmək və yaxalamaq üçün yem və dronlardan istifadə edilib.

İnternetdə paylaşılan bir videoda Avstraliyanın ən böyük şəhəri Sidneydən təxminən 20 kilometr cənubda, Botanika Körfəzinin girişinə yaxın, Little Bay Beach yaxınlığında bir köpəkbalığının üzgüçüyə hücumu nümayiş etdirilib. Polis hələ ki, qurbanın kimliyini açıqlamayıb.

Rəsmilər azı 3 metr uzunluğundakı ağ köpək balığının hücum etdiyinə inanıldığını bildirib.

Hücumdan sonra çimərliklərin bağlanması ilə yanaşı, okeanda bazar gününə planlaşdırılan üzgüçülük yarışı da təxirə salınıb.

Daha əvvəl də Avstraliyanın Yenu Cənubi Uels ştatı sahillərində 60 yaşlı şəxs 3 metrlik ağ köpək balığı tərəfindən hücuma məruz qalmışdı.

Köpək balığının budundan dişlədiyi şəxs sörferlər tərəfindən sahilə çıxarılmış, ilkin yardım göstərilsə də, onu xilas etmək mümkün olmamışdı.

Avstraliyanın qərb sahillərində 23 yaşlı vəhşi həyat işçisi köbək balığının hücumu nəticəsində həyatını itirmişdi.

Kaliforniya rəsmiləri də iki il əvvəl Monterey körfəzi yaxınlığında köpək balığının sörf edən 26 yaşlı bir gəncə hücum edərək, öldürdüyünü bildirmişdi.