Son sutkada Azərbyacanda 7474 nəfər koronavirusa yoluxub, 25 nəfər vəfat edib

Koronavirus

Azərbaycanda koronavirusa yoluxanların sayı artmaqda davam edir. Mütəxəssislər hecab edir ki, hazırki epidemioloji vəziyyət qışla yazın fəsil növbələşməsinə qədər davam edəcək.

Son sutkda infrksiyaya yoluxanların sayı 400-dən çox artaraq 7474 nəfərə çatıb, 4840 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 698 min 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 646 min 378 nəfər müalicə olunaraq sağalıb, 8 min 871 nəfər vəfat edib. Aktiv xəstə sayı 43 min 404 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 43, bu günə qədər isə ümumilikdə 6 milyon 267 min 457 test icra olunub.

Mütəxəssislər koronavirus xəstələrinin sayının kəskin artmasını omikron ştamının yayılması ilə əlaqəndirir.

Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 218 min 555, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 248 min 382, ikinci mərhələ üzrə 4 milyon 752 min 395, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 217 min 781-dir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

Tibb elmləri doktoru Musa Qəniyev deyib ki, ölkədə müşahidə edilən hazırkı epidemioloji vəziyyət yalnız “omikron” ştamı ilə əlaqəli deyil.

“Hazırkı vəziyyət fəsli viral infeksiyaların simbioz yaşamına xidmət edən tənzim mexanizminin pozulmasının nəticəsi kimi meydana çıxıb. Hesab edirəm ki, ölkədəki mövcud epidemioloji vəziyyət qışla yazın fəsli növbələşmə tarixinə qədər davam edəcək. Sadəcə olaraq, vətəndaşlar yalnız COVID-19-dan deyil, bütün xəstəliklərdən qorunmalıdırlar. Nəzərə almaq lazımdır ki, koronavirusun hazırda geniş yayılmış dominant ştamı “omikron”dur. Həmin mutant variantın yoluxduruculuq xüsusiyyəti yüksək, lakin patogenlik və letallığı qat-qat zəifdir. “Omikron”un yoluxduruculuğunun yüksək olduğunu da nəzərə alaraq vətəndaşlar kütləvi toplaşmalardan mümkün qədər uzaq durmalıdırlar. Onlar gigiyenik qaydalara əməl etməli və tibbi maska taxmalıdırlar,” Qəniyev qeyd edib.