Avropa İttifaqının energetika üzrə komissarı Azərbaycana gələcək

Kadri Simson

Avropa İttifaqının energetika üzrə komissarı Kadri Simson fevralın 4-də Azərbaycana, fevralın 7-də isə ABŞ-a səfər edəcək.

Bu barədə Avropa Komissiyasının nümayəndəsi Tim Makfi bu gün, fevralın 1-də Brüsseldə keçirilən brifinqdə bildirib.

"Qaz tədarükü ilə bağlı danışıqlar davam edəcək. Cümə günü Avropa komissarı Simpson “Cənub” qaz dəhlizi iştirakçısı olan ölkələrin nazirlər görüşündə iştirak etmək üçün Azərbaycana gedəcək. Fevralın 7-də isə o və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel energetika üzrə Avropa İttifaqı-ABŞ Şurasının iclasında iştirak etmək üçün ABŞ-a yola düşəcəklər,", o qeyd edib.

Bundan öncə Avropa Komissiyası bildirib ki, sanksiyaların tətbiqindən sonra Rusiyadan təchizatla bağlı mümkün fasilələrə görə tərəfdaş ölkələrlə maye təbii qazın nəqlinin genişləndirilməsi üzrə səyləri intensivləşdirib.