Mənbələr: ABŞ-ın Kyivdəki səfirliyinin əməkdaşlarının qismən təxliyəsinin mümkünlüyü müzakirə edilir

ABŞ mediasının mənbələrə əsasən verdiyi məlumata görə, Birləşmiş Ştatların Kyivdəki səfirliyi ABŞ Dövlət Departamentinə diplomatik nümayəndəliyin qeyri-əhəmiyyətli işçilərinin və diplomatların ailə üzvlərinin ölkədən çıxarılması ilə bağlı müraciət edib.

CNN tele kanalının adının açıqlanmadığı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ-ın Kyivdəki səfirliyi qeyri-əhəmiyyətli personalın təxliyə edilməsi ilə bağlı Dövlət Departamentinə müraciət edib.

Fox News tele kanalının yüksək səviyyəli rəsmiyə istinadən verdiyi məlumata görə, evakuasiya bazar ertəsi başlaya bilər.

ABŞ Dövlət Departamenti evakuasiya haqda göstərişin verilmədiyini bildirib.

Ukrayna hökumətinə yaxın mənbə Amerikanın Səsinə bildirib ki, Birləşmiş Ştatlar çərşənbə günü Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ-ın Kyivdəki səfirliyindən diplomatların ailə üzvlərinin və personalın bir hissəsinin təxliyə edilməsi imkanının müzakirə edildiyi barədə məlumat verib. Mənbənin bildirdiyinə görə, bu məlumat cümə günü təsdiqlənib.

ABŞ Dövlət Departamentinin müvafiq göstərişinin bazar ertəsi verilə biləcəyi gözlənilir.

Birləşmiş Ştatların Kyivdəki səfirliyinin saytında yerləşdirilən məlumata görə, diplomatik nümayəndəlikdə təxminən 180 ABŞ vətəndaşı və 560-dan çox Ukrayna vətəndaşı çalışır.