Talibanın dini polisi Kabildə qadınlara örtünmək göstərişi verən plakatlar asır

Talibanın dini polisi paytaxt Kabil boyu qadınlara örtünmək göstərişi verən plakatlar asıblar. Bu barədə cümə günü rəsmi xəbər verib.

Burkanın təsvir olunduğu poster bu həftə Əxlaqın Təsviri və Nöqsanların Qarşısının Alınması Nazirliyi tərəfindən kafe və mağazalara yerləşdirilib.

Taliban avqust ayında hakimiyyətə gələndən bəri bir sıra azadlıqları, xüsusilə də qadın və qızların azadlıqlarını məhdudlaşdırıb.

“Şəriət qanununa əsasən, müsəlman qadınlar hicab geyinməlidirlər,” posterdə bildirilir.

Nazirliyin sözçüsü cümə günü AFP-yə göstərişin nazirliykdən gəldiyini təsdiqləyib.

“Əgər kimsə ona əməl etməsə, bu o demək deyil ki, o cəzalandırılacaq və ya döyüləcək. Bu sadəcə olaraq müsəlman qadınları şəriət qanununa əməl etməyə həvəsləndirmək məqsədi daşıyır,” Sadiq Akif Mücahir deyib.

Kabildə qadınlar onsuz da artıq saçlarını baş örtüyü ilə örtürlər, lakin bəziləri də sadə və qapalı Qərb geyiləri geyinirlər.

Paytaxtdan kənarda isə Talibanın 1990-cı illərdəki ilk hakimiyyəti dövründə qadınlar üçün məcburi hal alan burkadan istifadə geniş yayılıb.

“Onlar insanlarda qorxu yaratmaq istəyirlər,” adının açıqlanmasını istəməyən universitet tələbəsi və qadın haqları fəalı AFP-yə bildirib.

“Posterləri ilk görəndə dəhşətə gəldim. Düşündüm ki, bəlkə də Taliban məni döyməyə başlayacaq. Onlar mənim burka geyibin, heç nəyə bənzəməyimi istəyirlər. Mən heç vaxt bunu etməyəcəm,” o deyib.

Ölkəyə maliyyə axınını təmin etmək üçün beynəlxalq ictimaiyyət tərəfindən tanınmaq istəyən Taliban hələ ki, ölkə daxili siyasətini açıqlamaqdan yayınır.

Bunun əvəzinə onlar qadın və kişilər üçün vilayətdən vilayətə fərqlənən təlimatlar dərc ediblər.

Bu 100 faiz yaxşı deyil. Bu, qorxu yaradacaq,” Talibanın posteri asdığı restoranlardan birinin meneceri Şahağa Nuri deyib. “Mən düşünürəm ki, Taliban beynəlxalq ictimaiyyət tərəfindən tanınsa, bu qaydanı tətbiq etməyə başlayacaq.”

Talibanın 1996-2001-ci illərdəki hakimiyyəti dövründə tətbiq etdiyi sərt xətt idarəçiliyindən fərqi olaraq daha yumşaq siyasət yürütməyə söz verməsinə baxmayaraq, qadınların hökumət işlərində işləmələrinə icazə verilmir, bir neçə vilayətdə isə qızlar hələ də məktəbə getmir.

Qadınların həmçinin tək uzun səfərə çıxmaları qadağan olunub.