Qərb Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini qarşılamasa Putin başqa variantları nəzərdə keçirəcək

Prezident Vladimir Putin deyib ki, Qərb Rusiyanın Ukrayna yaxınlığında qoşun cəmləşdirməsi səbəbilə artan gərinlik fonunda Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərinə cavab verməsə, o, müxtəlif başqa variantları nəzərdən keçirəcək.

Moskva bu ayın əvvəlində NATO-nun şərqə doğru açılmasına və Ukrayna və Gürcüstan kimi ölkələrlə hərbi əməkdaşlığa son qoymasını tələb edən təhlükəsizlik sənədini təqdim edib.

Putin ötən həftə hər il keçirilən mətbuat konfransında çıxışı zamanı Qərbi bu tələbləri “dərhal” qarşılamağa çağırıb, Ukrayna və NATO ilə bağlı bir sıra şikayətləri sadalayıb.

O xəbərdarlıq edib ki, Qərb “evimizin astanasında aqressiv” kursunu davam etdirsə, Moskva adekvat tədbirlər görməli olacaq.

Rusiyanın dövlət televiziyasında yayımlanan çıxışında Moskvanın cavabının təfərüatları ilə bağlı suala cavab olaraq o deyib ki, “müxtəlif ola bilər,” və əlavə edb ki, “bu, hərbi ekspertlərin mənə təqdim edəcəyi təkliflərdən asılı olacaq.”

O əlavə məlumat paylaşmayıb.

ABŞ rəsmiləri açıq şəkildə Rusiyanın tələbləri ilə bağlı danışıq aparmağa hazır olduqlarını bildiriblər. Lakin bağlı qapılar arxasında Vaşinqtondakı rəsmiləri bəz tələblərin ya mümkün olmadığını ya da fundamental şəkildə Qərb dəyərlərində zidd olduğunu bildirib.

Ancaq Birləşmiş Ştatkar və müttəfiqləri gələn ay Moskva ilə narahatlıqlarını müzakirə etmək üçün təhlükəsizliklə bağlı danışıqlar aparmağa razılaşıblar.

NATO rəsmisi dekabrın 25-də bildirib ki, Baş katib Yens Stoltenberq yanvarın 12-də NATO-Rusiya Şurasının iclasını keçirməyə qərar verib və alyans məsələ ilə bağlı Rusiya ilə əlaqədədir.

Rusiyanın Xarici İşlər Nazirliyi deyib ki, təkliflər hələ də nəzərdən keçirilir, ancaq formatı və vaxtı dəqiqləşdirməyə ehtiyac var.

Bu, şuranın 2.5 ildə ilk görüşü olacaq.

Kyiv və onun Qərb tərəfdarları Rusiyanı Ukrayna sərhədində 100 minə yaxın qoşun toplamaqda və mümkündür işğala hazırlaşmaqda ittiham edir. Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvanı hərbi müdaxilə olduğu təqdirdə sərt nəticələrlə üzləşməklə hədələyib.

Rusiya işğal etmək niyyətində olduğunu inkar edir.