Zəncan vilayətinin Qeydar şəhərinin bələdiyyəsində korrupsiya və rüşvət dosyesi ilə əlaqədar 3 şəhər şurası üzvü daxil olmaqla, 8 nəfər haqqında hökm çıxarılıb.
Rəsmi dövlət agentliyi İRNA bu haqda Zəncan vilayətinin baş prokuroruna istinadən məlumat yayıb.
Baş prokuror Höccətül-İslam İsmayıl Sadiqinin bildirdiyinə görə, məhkəmə rüşvət almaqda ittiham etdiyi vəzifəli şəxləri 18 ay ilə 3 il arası həbs, restitusiya (rüşvət yoluyla əldə edilən malların qaytarılması), cərimə və dövlət vəzifəsindən uzaqlaşdırma cəzasına məhkum edib.
İRNA-nın yaydığı məlumata görə, Zəncan şəhərinin bələdiyyəsində maliyyə pozuntuları ilə əlaqdar mühakimə edilən müttəhimlər barəsində də bir müddət əvvəl hökm çıxarılıb. Zəncan şəhərinin sabiq bələdiyyə başqanı və bir neçə sabiq şəhər şurası üzvü daxil olmaqla 17 nəfərə həbs, şallaq və dövlət vəzifəsindən uzaqlaşdırma cəzası verilib.
SEE ALSO: Qərbi Azərbaycan vilayətinin Mahabad şəhərində şəhər şurası üzvləri həbs edilibSon bir neçə ildə Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətlərinin bəzi şəhərləri daxil olmaqla, İranda bir çox bələdiyyədə həbslər baş verib. İran bələdiyyələrində korrupsiya hallarına dair xəbərlər zaman-zaman mətbuatda yayılsa da, rəsmi agentliklərdə digər dövlət qurumları ilə bağlı oxşar xəbərlərə yer verilmir.