Antarktika Buz Marafonunda qadınların yeni rekordu qırılıb

Your browser doesn’t support HTML5

Latviyalı Evija Reine -15 dərəcə temperatura və yumşaq qarla örtülmüş sərt torpaq şəraitinə baxmayaraq, Antarktika Buz Marafonunda qadınlar arasında yeni rekorda imza atıb. 30 yaşlı Reine Cənub Qütbündən cəmi bir neçə yüz mil aralıda yerləşən Union Glacierdə dünyanın ən cənub marafonunu 4 saat 6 dəqiqəyə başa vurub. Marafonun ən yaşlı iştirakçısı 74 yaşlı Pini Haroz marafonu 8 saat 26 dəqiqəyə başa vurub. 16-cı Antarktika Buz Marafonunda 18 ölkədən 62 nəfər iştirak edib. İştirakçılar arasında dünyanın yeddi qitəsinin hər birində ən azı bir marafonu başa vurmuş 11 nəfər olub.