Stokholmun "yaxşılıq divarı"

Your browser doesn’t support HTML5

İsveçin paytaxtı Stokholmda yeni “yaxşılıq divarı” ucaldılıb. Stokholm sakinləri hədiyyə etmək istədikləri paltarları bu divardan asırlar. Ehtiyacı olan insanlar da divardakı paltarları alıb istifadə edirlər. Qış aylarının kifayət qədər soyuq keçdiyi şəhərdə bu təşəbbüsün ilham mənbəyi 2015-ci ildə İranda başladılan yardım kampaniyasıdır.