İkinci Qarabağ Müharibəsi iştirakçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə aksiya keçirib
Your browser doesn’t support HTML5
Dekabrın 10-da İkinci Qarabağ Müharibəsi iştirakçısı Oruc Baxşəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önündə aksiya keçirib. Onun sözlərinə görə, nazirlik onun əllik dərəcəsini təyin etmir. Noyabrın 27-də komissiyadan keçən Oruc Baxşəliyevə 1 gün sonra imtina məktubu gəlib.
Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Malik Həsənov Oruc Baxşəliyevi qəbul edib. Oruc Baxşəliyev görüş barəsində Amerikanın Səsinə danışıb.