Omikron və Delta variantları daha çox amerikalıya yoluxduğu üçün peyvənd tənzimləyiciləri daha geniş uyğunluq qaydalarını nəzərdən keçirirlər və bu, bir çoxlarını üçüncü doza vurdurmağa vadar edir.
ABŞ-da indiyədək 276 milyon dəfə tətbiq edilən Pfizer və BioNTech peyvəndi üçün yeni düzəliş edilmiş təcili istifadə icazəsinə əsasən, 16 və 17 yaşlı uşaqlar indi gücləndirici dozalar ala bilər.
ABŞ Ərzaq və Dərman İdarəsi (FDA) cümə axşamı bildirib ki, peyvəndin yetkinlərin COVID-19-dan qorumaqda effektivliyi onun gənclərə üçüncü doza tətbiq edilməsini dəstəkləyib. İndi Birləşmiş Ştatlarda ikinci dozaları ən azı altı aylıq ara ilə 16 və ya daha böyük hər kəsə gücləndirici dozalar vurula bilər.
"Pfizer-BioNTech COVID-19 peyvəndi təxminən bir ildir ki, 16 yaş və daha böyük şəxslər üçün əlçatandır və onun faydaları potensial riskləri açıq şəkildə üstələyir" - deyə, FDA-nın bioloji məhsulların qiymətləndirilməsi və tədqiqatı üzrə direktoru Peter Marks bildirib.
"Bizim peyvənlərə icazə verdiyimizdən bəri yeni sübutlar göstərir ki, COVID-19-a qarşı peyvəndin effektivliyi bütün yetkinlər, habelə 16 və 17 yaş qrupunda olanlar üçün peyvəndin ikinci dozasından sonra azalır" - deyeə, o əlavə edib.
Oktyabr ayında əldə edilən nəticələr The Lancet tibb jurnalında dərc edilib. Nəticələr Pfizer-BioNTech peyvəndinin ikinci dozasından 5-6 ay sonra COVID-19-un qarşısını almaqda yalnız 47% təsirli olduğunu göstərib.
FDA-nın elanı Pfizer və BioNTech peyvəndinin üçüncü dozasından sonra Omikron variantına qarşı ən təsirli olduğunu deməsindən bir gün sonraya təsadüf edir.
Yalnız iki iynə vurmuş şəxslər üzərində aparılan qan testləri iki vaksin qəbul edənlərlə müqayisədə üç vaksin vurduranlara nisbətən daha az qoruyucu anti-cisimlər aşkar edilib.
Pfizer-in baş icraçı direktoru Albert Bourla deyib ki, peyvənd iki dozası hələ də Omikron ştammının yaratdığı ağır xəstəliklərə qarşı qorunmanı təmin edə bilsə də, bu ilkin məlumatlardan aydın olur ki, peyvəndimizin üçüncü dozası müdafiəni daha da gücləndirir.
Cümə axşamı günü 16 və 17 yaş arasında uşaqlar üçün yeni təcili yardım icazəsindən sonra Bourla FDA-nın qərarını koronavirusla mübarizədə "kritik mərhələ" adlandırıb.
Şirkətlər bu yaş qrupu və daha yaşlı peyvənd edilmiş insanların üçüncü dozanın qəbulundan sonra COVID-19-a yoluxma ehtimalının 95% daha az olduğunu göstərən 3-cü faza sınaqlarının məlumatlarını mərkəzə göndərməyi planlaşdırır.
Cümə axşamı Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzli bu yaş qrupuna Pfizer-BioNTech gücləndiricisi vurmağı tövsiyə edib.