"Polis qolumu buranda bildim ki, qolum qırılacaq"

Your browser doesn’t support HTML5

Paşa Dadaşzadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür. O, dekabrın 1-də Fəvvarələr meydanında "Saleh Rüstəmliyə azadlıq" şüarı ilə keçirilən aksiyada iştirak edib. Aksiya zamanı polis zorakılığına məruz qaldığını bildirən Paşa Dadaşzadə əlavə edir ki, bu zorakılıq nəticəsində sağ qolunda 4 yerdən sınıq xəsarəti alıb. Dekabrın 1-də Fəvvarələr meydanında hazırda həbsxanada 31 gündür aclıq aksiyası keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Saleh Rüstəmovun azadlığa buraxılması tələbi ilə aksiya keçirilib. Etiraz aksiyasında "Saleh Rüstəmova azadlıq!", "Siyasi məhbusları azad et" şüarları səsləndirilib. Polis aksiyaya müdaxilə edib, çoxsaylı etirazçı saxlanılıb.