Aksiyaya görə saxlanılanlar inzibati həbs cəzası aldı
Your browser doesn’t support HTML5
Dekabrın 2-də Səbail Rayon Məhkəməsində 4 AXCP üzvü və ictimai fəal Rüstəm İsmayılbəyli haqda qərar çıxarılıb.
Vəkil Zibeydə Sadıqova bildirib ki, saxlanılanlar İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə karantin qaydalarını pozmaqda ittiham olunublar.
Məhkəmə AXCP üzvləri Səyyad Quliyevə 15 sutka, Elxan Əliyevə 20 sutka, Elçin Teymurova 25 sutka inzibati cəza qərarı çıxarıb.
AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn və Rüstəm İsmayılbəyli isə 30 sutka inzibati həbs cəzası verilib.
Dekabrın 1-də "Fəvvarələr Meydan"ında Saleh Rüstəmovun azad edilməsi tələbiylə aksiyaya cəhd olub. Aksiya zamanı 40 nəfərə yaxın şəxs saxlanılsa da, onların əksəriyyəti həmin gün sərbəst buraxılıb.
Rüstəm İsmayılbəylinin yaxınları onun aksiya iştirakçısı olmadığını, dərsdən çıxıb şəhərin mərkəzinə gələrkən saxlanıldığını bildirirlər.