“Qarınqulu Səyyahlar”
Your browser doesn’t support HTML5
“Qarınqulu Səyyahlar” qrupu 2018-ci ildə yaradılıb.
Qrupun yaradıcılarından olan Miryusif Mirzəzadə deyir ki, əvvəlcə Facebook-da “Qarınqulu Səyyah” səhifəsini yaradıb, daha sonra eyni adda qrupu.
Qısa müddətdə qrup məşhurlaşdığını deyən Miriyusif Mirzəzadə bildirir ki, insanlar burada yedikləri maraqlı yeməklərlə bağlı məlumat paylaşırlar.
Qrupda sadəcə Bakıda yerləşən restoranlar haqqında deyil, müxtəlif ölkələrdə, eləcə də Azərbaycanın bölgələrində olan müxtəlif məkanlar və yeməklər haqqında məlumatlar paylaşılır.