Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1678 yeni yoluxma faktı qeydə alınıb, 1934 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 588 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 554 749 nəfər müalicə olunaraq sağalıb, 7856 nəfər vəfat edib, aktiv xəstə sayı 25713 nəfərdir.
Ölkədə son sutka ərzində 12 620, hazırkı dövrədək isə 5 539 284 test aparılıb.
Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günədək vurulan vaksinlərin ümumi sayı 10 milyon 486 min 650, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 74 min 275, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 559 min 863 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 852 min 512 nəfər təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.
Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.