"İlham Əliyevin danışdığı yalanları ifşa etmək siyasi təşkilatların birinci vəzifəsidir"

Your browser doesn’t support HTML5

Noyabrın 27-də D18 hərəkatı siyasi məhbuslarla bağlı müzakirə keçirib. Müxalif siyasi partiyaların gəncləri bir araya gələrək siyasi motivlərlə həbs olunan şəxslərin, xüsusilə həbsinə etiraz olaraq 22 gündür aclıq edən AXCP üzvü Saleh Rüstəmovdan danışıblar. Gənc fəallar siyasi məhbusların azadlığa çıxması məsələsində etirazların sosial şəbəkələri aşmalı olduğundan danışıblar.