Yeniyetməyə təcavüz etməkdə təqsirləndirilən şəxs apelyasiya şikayətindən imtina edib
Your browser doesn’t support HTML5
Noyabrın 25-də Bakı Apelyasiya Məhkəməsində yeniyetməyə təcavüz etməkdə təqsirləndirilən Əsgər Ağazadənin apelyasiya şikayətinə baxılıb. Əsgər Ağazadə həbsinin ev dustaqlığı qətimkan tədbirinə əvəz edilməsinə dair verdiyi apelyasiya şikayətindən imtina edib. Oktyabrın 13-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sanay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sanayın paltarındakı biomaterialların Əsgər Ağazadəyə məxsus olduğu göstərilsə də, o, bir il ərzində həbs olunmayıb.
Təqsirləndirilən şəxsin vəkili Vüqar Xasayev isə hər hansı zorakılıq aktının baş vermədiyini bildirib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 149 (zorlama) maddəsi ilə cinayət işi açılıb. Məsələ ictimailəşdikdən sonra iş Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb və İstintaq idarəsinə həvalə edilib.