12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı
Your browser doesn’t support HTML5
Bakıda 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilir.
Açılış mərasimi noyabrın 19-da Nizami Kino Mərkəzində baş tutan film festivalı noyabrın 23-dək davam edəcək.
Seçim Komissiyasının qərarına əsasən bu il festivalda 18 ölkəni təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Filmlər yerli və xarici münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Festivalın builki qaliblərə isə xüsusi töhfəsi də var. Belə ki, yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblərə pul mükafatı veriləcək. Yerli müsabiqənin ümumi mükafat fondu 5 min manatdır.
Qeyd edək ki, “CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.
Festivalın dəstəkçiləri sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, Azərbaycan Prodüserlər Gildiyası, “ÖZ Film” şirkəti, “British Council” yer alır.
Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 23-də Nizami Kino Mərkəzində keçiriləcək.