"Bizim küçələr" sərgisi

Your browser doesn’t support HTML5

Fotoqraf Coşqun Süleymanovun "Bizim küçələr" adlı sərgisi keçirilib. 23, 24, 27, 28 oktyabr tarixlərində Salaam Cinema Baku-da keçirilən sərgidə 41 foto nümayiş olunub. Fotoqraf bildirib ki, bu sərgi fotoların müxtəlif silsiləvi toplusundan ibarət fərqli, bəzən təkrar olunmaz, bəzən düşündürən fotolar proyektidir. Sərgidə nümayiş olunan fotoların adı yoxdur. Fotoqraf Coşqun Süleymanov bildirir ki, bu onun üslubudur. Sərgilənən fotolarda həm rəngli, həm də ağ-qara tonlardan istifadə olunub. Coşqun Seleymanov 10 ilə yaxın müddətdir ki, fotografiya ilə məşğul olur. Azərbaycan Fotograflar Birliyinin üzvüdür. “Baku Street Collectivi” -ni yaradıcısıdır. Fotoları İspaniyada “Naahboox magazin”, Türkiyə “X-posure” jurnalında çap olunub. Həmçinin, işləri “Photographic mercadiloda” kimi portalarda yayımlanıb. Bundan əlavə, 2019-cu ildə “35.awards” “küçə nominasiyası” üzrə top 50-də ən yaxşı fotolar sırasına daxil olub. ADO Teatrında “Retro Bakı” adlı proyekti və “Joshgunstreet” adlı sərgisi olub.