Uşaq inkişafı mütəxəssisi: "Bu sindromla yaşamağı öyrənmək lazımdır"
Your browser doesn’t support HTML5
Nailə Həsənzadə oğlu Mustafanın 6 ayından başlayaraq yaşına uyğun reaksiyalar vermədiyini müşahidə edir. 3 yaşı olanda, uşağa autizmin növlərindən biri olan Asperger sindromu diaqnozu qoyulur. Elə o vaxtdan Nailə xanımın oğlu ilə münasibətində yeni bir etap başlayır. Həkimlərin köməyi ilə uşağın nevroloji proseslərini müalicə etsələr də, reabilitasiya prosesi tamamilə ananın üzərinə düşüb.
Nailə Həsənzadə yaşadığı təcrübələri Amerikanın Səsi ilə bölüşür.