İnzibati qaydada həbs olunan AXCP fəalının apellyasiya şikayəti təmin edilməyib
Your browser doesn’t support HTML5
Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Məhbuslar və İşgəncə Qurbanlarının Müdafiəsi Mərkəzi İctimai Birliyinin həmtəsisçisi və AXCP fəalı Fuad Əhmədlinin ictimai asayişi pozmaq ittihamı ilə 30 sutka müddətinə həbs olunmasından verilən apellyasiya şikayətinə baxılıb.
Hüquq müdafiəçisi Zəfər Əhmədov Fuad Əhmədlinin həbsini oktyabrın 7-də bir qrup fəalın 17 saylı cəzaçəkmə müəssisəsinin qarşısında AXCP sədrinin mühafizəçisinə dəstək məqsədilə keçirilən etiraz aksiyası ilə əlaqələndirib.