Yeniyetməyə cinsi zorakılıq göstərməkdə şübhəli bilinən Əsgər Ağazadə saxlanılıb
Your browser doesn’t support HTML5
Yazıçı Zümrüd Yağmurun qızı Sənaya cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə məlumatı Zümrüd Yağmur yayıb. O bildirib ki, özü də bu gün istintaq idarəsinə dəvət olunub və ifadəsi alınıb.
Zümrüd Yağmur əlavə edib ki, təcavüz məsələsi çox həssas mövzudur. Hüquq-mühafizə orqanları bu işlərə həssas yanaşmalıdırlar:
Yazıçı sonda deyib ki, bu ədalətsizliyin aradan qaldırılması həm də ictimai dəstəyin nəticəsidir.
Oktyabrın 12-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb.
Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sənayın paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilsə də, indiyədək o həbs olunmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib.
Bu məsələ ictimailəşəndən bəri Əsgər Ağayev və ailəsindən münasibət öyrənmək mümkün olmayıb.