Pol Stronski: İran təkcə Azərbaycanın İsraillə münasibətindən narahat deyil, həm də Azərbaycanın Türkiyə ilə münasibətindən narahatdır

Your browser doesn’t support HTML5

ABŞ-da qərargahlanan Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının baş elmi işçisi Pol Stronski Amerikanın Səsinə müsahibədə Azərbaycan və İran arasında keçən ay ortaq sərhəd yaxınlığında keçirilən təlimlər və İsrailin Azərbaycanda hərbi mövcudluğu ehtimalı ilə bağlı yaranan diplomatik gərginliyi şərh edib.