Oktyabrın 11-də və 12-də İranla həmsərhəd rayonlarda Azərbaycan sərhədçiləri 100 kiloqramdan çox müxtəlif narkotik maddə müsadirə ediblər.
Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, ilkin olaraq Biləsuvar kəndi yaxınlığında sərhədçilər içində ümumi çəkisi 19 kiloqramdan çox narkotik maddənin olduğu bir neçə bağlama aşkar ediblər. Həmin gün saat 20:40-da İran tərəfindən üç sərhəd pozucusu qeydə alınıb. Onlardan biri gizlənməyə cəhd edərkən saxlanılıb, ikisi geri qaça bilib.
Saxlanılan şəxs İran vətəndaşı Şahmüqəddəm Cəfər Həsəndir ( 1988-ci ildə anadan olub) .Onun bel çantasında və əraziyə səpələnmiş bağlamalarda 35,5 kiloqramdan çox müxtəlif narkotik və psixotrop maddə aşkar edilib.
Oktyabrın 12-də saat 7.45-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi dəniz sərhədinin cənub hissəsində böyük bağlama aşkar edib. Orada 47 kiloqramdan çox müxtəlif narkotik və psixotrop maddə aşkar olunub.