Jurnalist Anar Abdullayeva 15 sutka inzibati həbs cəzası verilib
Your browser doesn’t support HTML5
Oktyabrın 6-da Nərimanov Rayon Məhkəməsinin qərarı ilə jurnalist Anar Abdullayevə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə 15 sutka inzibati həbs cəzası verilib.
Məhkəməyə gətirilən Anar Abdullayev sosial şəbəkələrdə yazılan şərhə görə çağırıldığını və Nərimanov Rayon 18-ci Polis Şöbəsində ona zorakılıq göstərildiyini deyib.
Vəkil Zibeydə Sadıqova birinci instansiya qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, Anar Abdullayevə polis bölməsində fiziki təzyiqin göstərilməsi ilə bağlı fikirlər əsassızdır və həqiqətə uyğun deyil.