"Müdafiə xətti" İnsan Haqları Təşkilatı aylıq hesabatını açıqlayıb
Your browser doesn’t support HTML5
Oktyabrın 4-də "Müdafiə Xətti" İnsan Haqları Təşkilatının mətbuat konfransı keçirilib.
Konfransda 2021-ci ilin sentyabr ayı üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair təşkilatın hesabatı səsləndirilib.
Təşkilatın icraçı direktoru Rüfət Səfərovun məlumatına görə, hakimiyyətin tənqidçilərinə təzyiq, həbs edilənlərə qarşı fiziki zorakılıq və işgəncə faktları sentyabr ayında da davam edib.
Konfransın sonunda, Azərbaycan hökumətindən Müdafiə Xətti adından hüquq və azadlıqların pozulması ilə əlaqədar bir sıra tələblər irəli sürülüb.