Bakının mərkəzində etiraz aksiyası: “Kirayədə qalan adam terror maliyələşdirə bilməz!”
Your browser doesn’t support HTML5
Sentyabrın 27-də bir qrup AXCP fəalı Bakının mərkəzində etiraz aksiyası keçirib.
Etirazçılar “ya azad et ya çıx get!”, “Niyaməddin Əhmədova azadlıq!”, “siyasi məhbuslara azadlıq!”, “istefa!” şüarlarını səsləndirərək Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun və eyni zamanda digər siyasi məhbusların azadlığa buraxılmasını tələb ediblər.