"Emin Əmrullayev, işini bacarmırsansa istefa ver"

Your browser doesn’t support HTML5

Cəlil Zabidov Yardımlı Rayonunda müəllim işləyib. O, Bakıya Təhsil Naziri Emir Əmrullayevlə şikayətinə baxılması üçün görüş tələbi ilə gəlib. Onun sözlərinə görə, o siyasi fəaliyyəti ilə bağlı həbs olunub, həbsdən sonra isə onu yenidən işə bərpa etmirlər. Cəlil Zabidov dəfələrlə şikayət yazdığını deyir, lakin Təhsil Nazirliyi onun şikayətinə baxmır. Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Yardımlı rayon sakini, müəllim və bloger Cəlil Zabidov ötən ilin mayında Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə 5 ay azadlıqdan məhrum edilib. O, facebookda tənqidçi səhifə olan “Korrupsiyaya yox de” səhifəsinin aktiv iştirakçısı idi. Bloger həbsini siyasi fəaliyyətinə bağlayır.