Gənc rejissor: "Keçmişə yox, gələcəyə baxıb, bacardığımız qədər yaratmalıyıq"

Your browser doesn’t support HTML5

Sentyabrın 14-də Kino Evində “iki Teymurun film gecəsi” adı altında Teymur Hacıyevin "Axşama doğru" və Teymur Qəmbərovun da, debüt filmi olan "Quxuroba" nümayiş olunub. Nümayişdən sonra hər iki müəllif auditoriya qarşısına çıxaraq nümayiş olunan filmləri müzakirə ediblər. Teymur Hacıyev hesab edir ki, Azərbaycandakı mövcud film sənayəsi dünya miqyası ilə müqayisədə çox geridə qalıb. Ona görə də, rejissorlar əllərində olan minimal imkanlarla olsa da, filmlər ərsəyə gətirərək, beynəlxalq arenaya çıxmalıdılar. Teymur Hacıyevin “Axşama doğru” filmi, Kann festivalının ən köhnə paralel proqramı olan “Tənqid həftəsi»nə düşən ilk Azərbaycan filmdir. Proqramın məqsədi dünya kinosunda yeni adlar kəşf etmək və karyeralarının ilk mərhələsində onları dəstəkləməkdir. Axşama doğru” filmi şəhər kənarına ailə ziyafətinə gedən cütlükdən bəhs edir. Gündəlik, məişət məsələləri ilə bağlı cütlük arasında yaranan fikir ayrılığı gözlənilməz məqamlara səbəb olub. Bu səbəbdən qadın qəhrəman çətin, amma öncədən təxmin olunan vəziyyətə düşüb.