Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il qadın qətllərinə həsr olunub
Your browser doesn’t support HTML5
SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı - Azərbaycanda gender məsələlərinə fokuslanan müstəqil sənədli filmlər festivalıdır. Festival yerli kinematoqrafçıları və bu sahəylə əlaqədar insanları sənədli filmə təşviq etmək,eyni zamanda regionlarda mədəni aktivliyi artırmaq və gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.
Festivalın təsisçisi Aygün Rəşidova deyir ki, festival paytaxtdan kənar, bu cür tədbirlərin və fəaliyyətlərin insanlar üçün əlçatan olmadığı regionlarda təşkil olunur.
Bu ilki buraxılışın mövzusu qadın ölümlərinə həsr olunub, festival bununla son illərdə daha da artan qadın ölümlərinə diqqət çəkmək istəyir.
Tədbirdə beynəlxalq və yerli sənədli filmlərin nümayişi və müzakirələri təşkil olunub.