Transgender qadınlar blogerin cəzalandırılmasını tələb edir
Your browser doesn’t support HTML5
Transgender qadınlar deyir ki, son günlər bloger Sevinc Hüseynovanın LGBTQ+ vətəndaşlara qarşı çıxışından sonra onlar özünü təhlükəsizlikdə hiss etmir. Şikayətçilərin sözlərinə görə bloger öz canlı yayımlarında LGBTQ+ icmasına qarşı nifrət nitqi səsləndirir, onların öldürülməsinə çağırış edir. Transgender qadınlar blogerin cəzalanmasını tələb edirlər.
Onlar məsələni hüquqi müstəvidə həll etmək üçün rəsmi şikayət də ediblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, məsələdən xəbərdardır və şikayətlərin araşdırılacağını qeyd edib.