Qapalı məkanlara giriş etmək üçün COVID-19 pasportu məcburidirmi?

Your browser doesn’t support HTML5

Sentyabrın 1-dən Azərbaycanda restoranlara, iri ticarət mərkəzlərinə, mehmanxanalara, təhsil müəssisələrinə və iş yerlərinə COVID-19 pasportu olmayanlar buraxılmayacaq. Nazirlər Kabinetinin 26 iyul tarixli qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər qeyd olunan qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcək. Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə ictimai iaşə obyektlərinə daxil ola biləcəklər. Oktyabrın 1-dən etibarən isə yalnız hər iki vaksin dozasını qəbul etmiş şəxslər ictimai iaşə obyektlərinin xidmətlərindən yararlana biləcəklər. Açıq havada fəaliyyət göstərən restoran və kafelərə giriş üçün vətəndaşlardan COVID-19 pasportu və ya immunitet sertifikatı tələb edilmir. İctimai nəqliyyatda isə COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maskadan istifadə etmək tələb olunur. Vətəndaşlardan bu qərara etiraz edənlər olsa da, qərarı dəstəkləyənlər də az deyil.