"Menstruasiya - Bilməli olduqlarımız" kitabının təqdimatı keçirilib

Your browser doesn’t support HTML5

Avqustun 31-də Y-peer və Gender Resurs Mərkəzi tərəfindən hazırlanmış "Menstruasiya - Bilməli olduqlarımız" kitabının təqdimatı baş tutub. Təşkilatçıların sözlərinə görə, kitab cinsi və reproduktiv sağlamlıq və hüquqlarla bağlı yeniyetmə və gənclərə əlçatımlı olan resursların məhdudluğunu nəzərə alaraq dərc edilib. Həmçinin menstrasiya ilə bağlı məlumatlılığı artırmaq, bədənimizi tanımağa kömək etmək və menstruasiya ilə əlaqəli neqativ inancları dağıtmaq məqsədi ilə hazırlanıb. Təşkilatçılardan biri olan Sevinc Səmədzadə deyir ki, kitab illustrasiyalardan və daha sadə dillə yazılmış məlumatlardan ibarətdir. Onun sözlərinə görə, kitabda menstruasiya ilə bağlı miflərə və tabulara xüsusi yer ayrılıb. Səadət Abdullazadə isə layihənin necə yaranması və ərsəyə gəlməsi haqqında danışıb. Onlar kitabla birlikdə aztəminatlı şəxslərə menstrual məhsulların paylanılmasını hədəfləyiblər. Təşkilatçıların sözlərinə görə kitab satış üçün nəzərdə tutulmayıb, həmçinin kitabın elektron versiyası da təşkilatın internet səhifəsində yerləşdiriləcək.