Ali məhkəmə jurnalistin şikayətini təmin etməyib

Your browser doesn’t support HTML5

Avqustun 31-də Azərbaycan Ali Məhkəməsi hakim Fərhad Kərimovun sədrliyi ilə “Azadlıq” qəzetinin reportyoru Təzəxan Mirələmlinin kassasiya şikayətini təmin etməyib. Məhkəmə Xətai Rayon Məhkəməsinin 1 il azadlığın məhdudlaşdırılması qərarını qüvvədə saxlayıb. Təzəxan Mirələmli və vəkili Fəxrəddin Mehdiyev məhkəmənin hökmünü ədalətli hesab etmir və məhkəmə hökmündən Avropa məhkəməsinə şikayət veriləcəyini bildirdilər.