İsti hava şəraitində işləməyin çətinlikləri

Your browser doesn’t support HTML5

İsti hava nə vaxta kimi davam edəcək? Yəqin ki, bu sual 2021-ci ilin yay aylarında ən çox soruşulan suallardan biri olub. Bu yay ölkə ərazisində ötən illərlə müqayisədə kəskin isti hava ilə müşahidə olunub. Temperaturun 45 dərəcəyədək yüksəldiyi bu vaxtlarda istirahətə getmək nə qədər əlverişli olsa da, açıq hava şəraitində işləmək bir o qədər çətin olur. Gündəlik çörək pulusu belə işlərdən çıxan paytaxt sakinləri havanın istisinə baxmayaraq işləməyə davam edirlər. Səhər saat 8-dən axşam saat 8-ə qədər işləyən Abdulağa Məmmədov deyir ki, isti hava şəraitində işləməyə artıq öyrəşib. O istidə əgər müştəri yoxdursa, kölgəyə keçib dincəldiyini deyir.