Bakı çimərliklərində vəziyyət necədir?

Your browser doesn’t support HTML5

Dəniz mövsümünün bitməsinə az vaxt qalmasına baxmayaraq, vətəndaşlar havaların isti keçməsinə görə hələ də dəniz kənarına gəlirlər. Təmizliyi və səliqəsinə görə, Bilgəh çimərliyi digər çimərliklərdən fərqlənir. Sakinlərin sözlərinə görə, sahil zolağının təmizliyi Bilgəh çimərliklərində daha üstündür. Qiymətlərdə isə digər çimərliklərdən fərqlənmədiyini deyirlər. Bakı sakinlərinin ən çox üz tutduqları məkanlardan biri də Mərdəkan və Buzovna çimərlikləridir. Hava çimərliksevərlərin ürəyincə olsa da, müəyyən çatışmazlıqlar da yaşanmaqdadır. Söhbətləşdiyimiz insanlar dəniz suyunun müəyyən ərazilərdə çirkli olmasından, sahillərində zibillənməsindən şikayətlənirlər. Bu, koronavirus pandemiyası fonunda yaşanan ikinci çimərlik mövsümüdür. Ötən il, sərt qadağalar olsa da, bu il heç bir qadağa olmadı. Elə bu da dənizdə istirahət edənləri sevindirən səbəblərdəndir. Mövsüm isə hələ davam edir. Sentyabrın 15-dək dənizdə dincəlmək istəyənlər ora yollana bilərlər.