Trans qadınlar Ombudsman Aparatının önündə etiraz ediblər
Your browser doesn’t support HTML5
Avqustun 24-də axşam saatlarında bir qrup trans qadın Ombudsman Aparatının önündə etiraz aksiyası keçiriblər. Onlar 3 gün öncə yandırılaraq öldürüldüyü iddia olunan trans qadının ölümünə etiraz ediblər.
Yerli medianın yazdığına görə, Qaradağ rayonu, Puta qəsəbəsində Bakıda əli-qolu bağlanılaraq yandırılan qadın meyidi tapılıb. Hazırda faktla bağlı araşdırma aparıldığı deyilsə də, məsələ ilə bağlı ətraflı məlumat verilməyib.