"Gəncə işi" üzrə hökm oxunub

Your browser doesn’t support HTML5

Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Əfqan Hacıyevin sədrliyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı və polis əməkdaşına qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərovu ömürlük həbsə məhkum edib. Yunis Səfərov son sözündə əməlindən peşman olmadığını bildirib. Məhkəmənin hökmü ilə bu cinayət işi üzrə günahlandırılan Rasim Mustafayev, Akif Əliyev və Mahir Əzizov 20 il, Hamlet Abdullayev, Firudin Zeynalov, Vüqar Məmmədov və Ceyhun Salahov 19 il, Cəfər Zalov və Ceyhun Qurbanov isə 18 il həbsə məhkum edilib.