Terrorçuluqda ittiham olunan şəxslərin yaxınları məhkəmədən narazıdır
Your browser doesn’t support HTML5
Avqustun 5-də Bakı Apelyasiya Məhkəməsində terrorçuluqda ittiham olunanlarla bağlı məhkəmə prosesi keçirilmədən təxirə salınıb.
Təqsirləndirilən şəxslərin yaxınları məhkəmə prosesinin gedişindən narazıdır. Yaxınlarının sözlərinə görə, təqsirləndirilən şəxslər əsassız olaraq həbs edilib.
Növbəti məhkəmə prosesi avqustun 6-sı saat 15:00-a təyin edilib.
Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Qurbanov 8 il, Amin Həsənov, Əflatun Bayramov və Babək Məmmədli 7 il, Tehran Qasımov 5 il, Cavid Amanov, Elgün İsmayılov, Ələddin İbişov, Yusif İmanov, Orxan Qurbanov, Şəhriyar Cabbarov hər biri 2 il yarım müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Cinayət Məcəlləsinin qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın istehsalı, idxalı, yayılması, dini ekstremist ədəbiyyatın qanunsuz dövriyyəsi, terrorçuluq və cinayətkar təşkilat yaratma maddələri ilə təqsirləndirilirlər. Bu proseslə bağlı məhkəmədə təqsirləndirilən şəxslər həbslərinə etiraz olaraq məhkəmə zalında özlərinə xəsarətlər yetiriblər.