"Açıq təbiət muzeyi" adlandırılan Sım kəndi

Your browser doesn’t support HTML5

Astaranın mərkəzindən 45 kilometr uzaqda, ucqar dağlıq ərazidə yerləşən Sım kəndi dəniz səviyyəsindən 800 metr hündürlükdədir. Bu kənd əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur. Təkcə Sımın mərkəzində 74 bulaq mövcuddur. Kənd zəngin meşəsi və çoxsaylı şəfalı bulaqları ilə yanaşı, həm də özünün tarixi tikililəri və qayaları ilə də tanınır. Kənddə yerləşən Buzxana mağarası buraya gələn yerli və xarici turistlərin daim diqqət mərkəzindədir.