Qadın haqları fəalları Daxili İşlər Nazirliyinin binası qarşısında aksiya keçirib
Your browser doesn’t support HTML5
İyulun 29-da qadın haqları fəalları Daxili İşlər Nazirliyinin binası qarşısında aksiya keçirib. Fəallar son 10 gündə məişət zorakılığı zəminində qətlə yetirildiyi iddia edilən beş qadının adı yazılmış tabutun maketini nazirliyin binasının qarşısına qoyub.
Aksiya iştirakçıları Aytac Ağazadə, Gülnara Mehdiyeva və Sevgi İsmayılbəyli 9-cu polis bölməsinə aparılıblar. Qısa müddət saxlanıldıqdan sonra sərbəst buraxılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "qadın qətlləri siyasidir" ifadəsini siyasi layihə adlandırıb.