"Mən vətəndaşı olduğum ölkədə rahat nəfəs ala bilmirəm"
Your browser doesn’t support HTML5
Hər il iyun ayı ərzində LGBTIQ+ icması qürur ayını müxtəlif yollarla qeyd edir. Bu ayın əsas məqsədi onların üzləşdiyi məsələlərə diqqət çəkmək, ayrı-seçkiliyə etiraz etmək və siyasi tələblər irəli sürməkdir.
Bəs Azərbaycanda qürur ayında nə baş verib?
2021-ci ilin may ayının 31-dən başlayaraq Bakıda LGBTIQ+ vətəndaşlara qarşı 9 müxtəlif xarakterli hücumlar olub. Bu hücumlara döyülmək, evdən qovulmaq, təhdid daxildir.