"Azərbaycanda da heyvanı öldürmək cinayət məsuliyyəti yaratsın"

Your browser doesn’t support HTML5

İyulun 19-da heyvansevərlər Sədərək Ticarət Mərkəzində, Arpaçay adlı kafedə pişiyin ayağı kəsildiyinə görə Daxili İşlər Nazirliyinin önündə etiraz aksiyası keçirib. Onların tələbi bu hadisəni törədən şəxsin cəzalandırılmasıdır. Polis hadisə ilə bağlı açıqlamasında pişiyin ayağının qəsdən kəsilmədiyini bildirib. Heyvansevərlər deyir ki, bu, Azərbaycanda ilk belə hal deyil və heyvanlara qarşı zorakılıq inzibati yox, cinayət məsuliyyəti yaratmalıdır. Polislər heyvansevərlərə Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin onlarla görüşmək istədiyini bildirərək DİN-nin önündən uzaqlaşdırıb və idarəyə aparıb. Görüşdə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini onlara məsələnin araşdırılacağını və bunu edən şəxsin cəzalandırılacağı deyilib.