Hərbi Məktəbin tələbələrinin valideynləri etiraz ediblər
Your browser doesn’t support HTML5
İyulun 16-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tələbələrinin valideynləri Müdafiə Nazirliyi qarşısında toplaşıblar.
Valideynlər övladlarının əsassız yerə imtahandan kəsildiyini deyirlər. Tələbələrə yenidən şans verilsə də, ikinci dəfə onlara xaric edilmə haqqında bildiriş gəlib. İyunun 13-dən 30-na kimi isə əsgər taborunda saxlanılıblar. Onların sözlərinə görə, valideynlərindən xəbərsiz Hadrutdakı bölməyə göndəriliblər.
Valideynlər Ali Hərbi Məktəbin rəisi, general-mayor Füzuli Salahova və Müdafiə Nazirliyinə müraciət etsələr də, rəsmi cavab ala bilməyiblər.