Məhkəmə Tofiq Yaqublu barədə şərti cəza kəsib
Your browser doesn’t support HTML5
İyulun 15-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun cəzasının çəkilməmiş hissəsini 2 il 6 ay şərti cəza ilə əvəz edib. Bu həm də sınaq müddəti hesab ediləcək. Məhkəmə Yaqublu barəsində ev dustalığı qətimkan tədbirini ləğv edib.
Tofiq Yaqublu 22 mart 2020-ci il tarixində yol nəqliyyat hərəkətini pozmaqda və iki nəfərə hücumda günahlandırılaraq saxlanılıb. Yaqublu ona qarşı təxribat törədildiyini bildirib. Ötən il sentyabrın 3-də o, dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib.
Yaqublu ittihamının ləğv edilməsi tələbi ilə aclıq elan edib və aclığı 17 gün davam etdirib. Sentyabrın 18-də məhkəmə qətimkan tədbirini dəyişdirib və Tofiq Yaqublunu ev dustaqlığına buraxılıb.
Bundan sonra Yaqublu birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.